Accessibility links

Erdoğan Denktaşı tənqid edir - 2003-01-02


Türkiyənin hakim partiyasının başçısı Rəcəp Tayyib Erdoğan Kiprin Türk icmasının lideri Rauf Denktaşı BMT-nin Kipr probleminin həllinə dair planla bağlı tutduğu mövqeyinə görə tənqid edib. Rəcəp Tayyib Erdoğan Rauf Denktaşı son 40 il yeritdiyi siyasəti dəyişməyə və BMT-nin təkliflərini müzakirə etməyə çağırıb. Bu açıqlamalar Rauf Denktaşın Kipr türklərinin aparıcı siyasətçilərilə görüşündən əvvələ təsadüf edir. Bazar ertəsi Rauf Denktaş Türkiyə onun qəbuledilməz hesab etdiyi planı qəbul etməsi üçün təzyiq göstərdiyi halda, iste’fa verəcəyini demişdi. Türkiyənin yeni hökuməti Avropa Birlyinə üzvlüklə bağlı olduğu üçün Kipr məsələsində bir razılğın əldə edilməsinə sə’y göstərir.

XS
SM
MD
LG