Fransa polisi Abdürrəzzaq Bessegirin Parisin Şarl de Qol hava limanında şəxsi yüklərin saxlandığı yerdə və ona məxsus avtomobildə partlayıcı maddələrin izlərinin tapıldığını söyləyir. Təhqiqatçıların bildirdiyinə görə, partlayıcı maddələrin izləri terror aksiyası həyata keçirməkdə şübhələnilən Bezzegirin maşınının arxa oturacağında aşkar edilmişdir. Xüsusi tə’lim keçmiş itlər Bessegirin hava limanında şəxsi yükünü saxladığı yerdə də partlayıcı maddələrin olduğuna dair siqnallar vermişlər. Abdürrəzzaq Bessegiri şənbə günü bir nəfər şahidin hava limanının avtomobil dayancağında silahlı şəxs gördüyünü xəbər verməsindən sonra həbs edilmişdir. Rəsmi nümayəndələr Əlcəzair mənşəli Fransa vətəndaşı olan Bessegirini yoxlamış və pistolet, avtomat silah, plastik partlayıcı maddələr və partlayıcıları işə salmaq üçün cihaz tapıldığını bildirmişlər.