Accessibility links

Britaniya və Fransa İraqla mümkün müharibəyə hazırlıq görürlər - 2003-01-07


Britaniyanın müdafiə naziri Geof Hun ehtiyatda olan əsgər və zabitləri orduya çağırmışdır. Fransa prezidenti Jak Şirak isə hərbi əməliyyatlarda Fransanın iştirak edəcəyinə işarə olaraq ordunu hazır olmağa çağırmşıdır. Bu arada, BMT-nin silah müfəttişləri İraqda kütləvi qırğın silahlarının axtarışını genişləndirərək bu gün vertolyotlardan istifadə etmişlər. Keçən ilin noyabr ayından yoxlamaya başlayan BMT müfəttişləri öz işlərini obyektiv şəkildə və professional səviyyədə apardıqlarını bildirirərək İraq prezidenti Səddam Hüseynin onları casusluqda ittiham etməsinə əhəmiyyət verməmişlər. Ekspertlərdən ibarət qrup Bağdaddan 400 kilometr qərbdə yerləşlən fosfat zavodunda olmuşdur. Zavod 1991-ci ildə Körfəz müharibəsinə qədər uran inkişaf etidirilməsilə məşğul olurdu. Yoxlamanı instensivləşdirmək üçün müfəttişlər altı vertolyotdan istifadə edəcəklər. Şənbə günü BMT ekspertləri İraqın şimalındakı ərazidə yoxlamaları genişləndirmək üçün orada yeni baza açmışlar. Müfəttişlərdən ibarər bir neçə qrup isə daha beş obyektdə olmuşdur. Hələlik BMT müfəttişləri dörd illik fasilədən sonra təftişə başladıqları vaxtdan İraqda kütləvi qırğın silarhlarının olmasına dair dəlil tapılmadığını söyləyirlər. Bu arada, prezident Buş hərbi əməliyyatların qarşısının hələ də alına biləcəyini bildirməsinə baxmayaraq, Birləşmiş Ştatlar və Britaniya İraqla mümkün müharibə ilə bağlı hərbi qüvvələrini Körfəz regionunda yerləşdirilməsi prosesini sür’ətləndirirlər.

XS
SM
MD
LG