Britaniyada anti-terror polis qüvvələri Londonda bir mənzildə zəhərli risin maddəsinin izlərinin tapılmasından sonra bu gün daha bir nəfəri həsb etmişlər. Rəsmi nümayəndələrin bildirdiyinə görə, şübhələnilən şəhərin mərkəzi polis məntəqəsində dindirilmişdir. Xatırladırıq ki, London polisi bazar günü Şimali Afrika mənşəli 6 şəxsi onların evlərində keçirilən reyd zamanı həbs etmişdir. Mənzildə laboratoriyada zəhərli maddələrin hazırlanmasında istifadə edilən toksik maddə aşkar edilmişdir. Risin maddəsinin Əl-Qaidə və İraq lideri Səddam Hüseynin silah istehslaında risindən istifadə etdikləri bildirilir.