Accessibility links

Şimali Koreyanın səfiri nüvə böhranında Amerikanı günahlandırır - 2003-01-10


Şimali Koreyanın BMT-dəki səfiri Pak Gil Yon hökumətinin Birləşmiş Ştatları Koreya yarımadasında nüvə böhranı yaratmaqda ittiham etməsini təkrar söyləyib. Səfir Yon bildirib ki, Şiamli Koreya hökuməti nüvə silahlarının yayılmasının qarşısını almağa yönəlmiş beynəlxalq müqavilədən çıxmaq qərarına Birləşmiş Ştatların hədələri və şantajı nəticəsində gəlmişdir. BMT-nin gərargahında müxbirlərlə qısa görüşündə səfir Pak Gil Yon Pxenyanın nüvə silahları istehsal etmək niyyəti olmadığını bildirmişdir. Bununla yanaşı, o demişdir ki, Bilrəşmiş Ştatların münasibətindən asılı olaraq vəziyyət dəyişə bilər.

XS
SM
MD
LG