Rusiya və İranın rəsmi nümayəndələri Moskvada beynəlxalq terrorizmlə mübarizə, Əfqanıstan, İraq və Yaxın Şərqdə vəziyyətlə bağlı məsləhətləşmələr keçirirlər. Rusiyanın müdafiə naziri Vyaçivlav Trubnikov İranlı həmkarı Mohsen Əminzadə ilə danışıqlardan əvvəl mətbuata bildirmişdir ki, Moskva Tehranı regionda mühüm partnyoru hesab edir. Müdafiə naziri həmçinin demişdir ki, Tehran beynəlxalq terrorimzlə yalnız sözdə deyil, bu qlobal bəla ilə əməldə də mübarizə etməyə hazır olduğunu nümyiş etdirir.