Accessibility links

Rusiya nüvə böhranını həll etmək sə'ylərini artırır - 2003-01-14


Rusiyanın müdafiə naziri Sergey İvanov bildirib ki, Pxenyanın nüvə təhdidləri ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığını sakitləşdirmək sə’ylərinin artdığı şəraitdə prezident Vladimir Putin Çin, Şimali Koreya və Birləşmiş Ştatlara xüsusi nümayəndə göndərəcək. Sergey İvanov xarici işlər nazirinin müavini Aleksandr Losyukovun səfərinin nə zaman başlayacağı ilə bağlı detalları açıqlamayıb. Bu arada, Birləşmiş Ştatlaın sabiq prezidenti, Nobel Sülh mükafatı laureatı Cimmi Karter bildirib ki, Şimali Koreya və Birləşmiş Ştatlar aralarındakı fikir ayrılıqlarını Moskva, ya da Pekinin vasitəçiliyi keçirilən xüsusi bir forumda həll edə bilərdilər. Vaşinqton Post qəzetində məqalə ilə çıxış edən Cimmi Karter Buş administrasiyasını tənqid edərək deyib ki, administrasiyanın yeritdiyi siyasət Şimali Koreyanın prezidenti Kim Conq İli uçuruma doğru aparır. Bununla yanaşı, sabiq prezident qeyd edib ki, Pxenyanın beynəlxalq müqavilədən çıxması dünyada sülh üçün təhlükə təşkil edir.

XS
SM
MD
LG