Accessibility links

Vaşinqtonda ikinci gündür İraqa qarşı mümkün hərbi əməliyyatlar əleyhinə nümayişlər keçirilir - 2003-01-19


Bu gün minlərlə adam Ədliyyə nazirliyi qarşısından Ağ Evədək yürüş təşkil edərək, İraq böhranının sülh yolu həllini tələb etmişdir. Dünən Birləşmiş Ştatların paytaxtı Vaşinqton, San-Fransisko və digər şəhərlərdə on minlərlə insan nümayişə çıxmışdı. Yaponiya, Yaxın Şərq, Avropa və Latın Amerikasında da e’tiraz nümayişləri keçirilmişdir. Son rə’y sorğuları isə amerikalıların əksəriyyətinin kütləvi qırğın silahlarından əl çəkməsi üçün İraqa qarşı hərbi əməliyyatları zəruri hesab edir.

XS
SM
MD
LG