Accessibility links

Kapitalizm yaratmaq ruhu ilə yaşayan adamlar deməkdir - 2003-01-20


Sentyarbın 11-i hadisələrindən bir ildən artıq müddət keçdikdən sonra mütəxəssislər Amerika iqtisadiyyatının yenə də güclü qaldığını söyləyirlər. Dünya ticarət mərkəzinin binalarını dağıdaraq Əl-Qaidə kapitalizmin demokratik əsaslarına hücum etməyə cəhd göstərdi. Hadisələrdən sonra video kasetlərin birilə göstərilən Üsəma Bin Laden “Amerika iqtisidayyatının ürəyindən vurulduğunu” demişdi. Lakin belə olmadı. Terror hücumlarının nəticəsində 120 milyard dollar məbləğində zərərin dəyməsinə baxmayaraq, ümumi narahatlıq fonunda belə, Amerika iqtisadiyyatı güclü qalır. Mütəxəssislər qeyd edirlər ki, sentyabrın 11-dən əvvəl Birləşmiş Ştatlarda iqtisadi yavaşıma artıq başlamışdı. Bundan başqa, sənayenin inkişafı aşağı enmiş və aksiya bazarlarında qiymətlər xeyli aşağı düşmüşdü. Sentyabr hadisələrindən sonra Amerikanın ən böyük şirkətlərində baş vermiş maliyyə qalmaqalları isə istehlakçı inamının kəskin aşağı düşməsinə gətirib çıxarmış, inverstorlar arasında böyük narahatlıq yaratmışdır. Bütün bu mənfi tə’sirlərə baxmayarq, sentyabr hadisələri baş verəndən sonra 45 gün ərzində iqtisadiyyatın bütün ümumi göstəriciləri əvvəlki vəziyyətə qayıtmış və ümumi daxili məhsul ilin üçüncü kvartalında 0,3 faiz enmişdi. Əlbəttə, hava yolları şirkətləri və mehmanxanalar biznes fəaliyyətlərini tam bərpa edə bilməmişlər, işsizlik səviyyəsi hələ də enməyə davam edir, bununla belə, ev alqı-satqısı yüksək səviyyədədir və bütün qorxulara baxmayaraq, Birləşmiş Ştatlar iqtisadiyyatı belə görününr, möhkəm zəmin üzərində dayanır. Kolumbiya universitetindən iqtisadçı, Nobel mükafatı laureatı Co Stiqlitz. “Mən inanıram ki, Birləşmiş Ştatlar iqtisadiyyatı olduqca güclüdür. İqtisadiyyat hər dəfə tənəzzüldən çıxa bildiyi kimi, bu dəfə də dirçələ bildi. Məsələ ondan ibarətdir ki, bu tənəzzülün mümkün qədər daha az davam etməsini tə’min edə bilək.” Mütəxəssislər Birləşmiş Ştatlar iqtisadiyyatının dirçələ bilməsinin üç əsas səbəbini göstərirlər. Əvvəla, Federal ehtiyatlar naziriliyi hücumlardan sonra sələm faizlərini üç dəfə aşağı saldı. Daha sonra, 2001-ci ilin may ayında prezident Buş 1986-cı ildən sonra ilk dəfə olaraq, vergilərin azaldılması ilə bağlı qanun layihəsini imzaladı və Konqres stimullaşdırma qanununu təsdiq etdi. Nəhayət, ən başlıcası ondan ibarətdir ki, iqtisadi tənəüzülün davam etdməsinə baxmayaraq, istehasl artırdı. Bu, əslində, potensial gücün əsasını təşkil edən amil kimi qiymətləndirilir. Bu ilin iki kvartalı ərzində istehsal 4,8 faizdən çox artaraq ümumi daxili məhsulun artımını tə’min etdi və beləliklə də, iqtisadi dirçəlişi gücləndirdi. İndiki göstəriciləri nəzərə aldıqda, mütəxəssislər deyir ki, Birləşmiş Ştatlar iqtisadiyyatı 2000-ci ilin ortalarında olduğundan daha yaxşı vəziyyətdədir. Gələcək illərdə nəqliyyat, təhlükəsizlik, sığorta qiymətlərinin artmasının Birləşmiş Ştatlar iqtisadiyyatının inkişafına ləngidici faktor kimi tə’sir etməsinə baxmayaraq, istahsalın durmadan artımı iqtisadiyyata müsbət tə’sirini göstərməyə davam edəcək. Təhliliçilər onu da əlavə edirlər ki, keçən illər baş vermiş böhranlar və müharibərlə müqayisədə sentyabrın 11-i hücumları və Əfqanıstanda Birləşmiş Ştatların başçılığı ilə anti-terror müharibəsi Amerikaya daha az qiymətə başa gəlir. Birinci və ikinci dünya müharibələri, Koreya və Vyetnam müharibələri, habelə “Səhrada tufan” əməliyyatının aparıldığı dövrlərdə Birləşmiş Ştatların iqtisadiyyatı inkişaf etməyə davam etmişdir. Münaqişələrlə qarşılaşan Amerika iqtisadiyyatının gücü demokratik azad bazar sisteminin mövcud olmasındadır. Kapitalizm göydələnlər və təyyarələr demək deyil, kapitalizm cəmiyyətdə yaratmaq ruhu ilə yaşayan adamlar deməkdir. Əl-Qaidə dünyanın maliyyə mərkəzində kapitalizmin simvoluna hücum etdi, amma Amerikanı yaşadan sahibkarlıq ruhunu məhv edə bilmədi.

XS
SM
MD
LG