Accessibility links

Rumıniya iqtisadi islahatlar yolunda - 2003-01-20


NATO-nun Praqada keçirilən zirvə toplantısında Rumıniya təşkilata üzv olmaq üçün də’vət aldı. Bu, ölkənin Qərbi Avropaya inteqrasiyası istiqamətində real bir addım kimi qiymətləndirlir. Sosializm sistemindən bazar iqtisadiyyatına keçən Rumıniyada on ildən artıqdır iqtisadi islahatlar sahəsində gərgin mübarizə gedir. Böyük nəticələrdənsə danışmaq hələ tezdir. Bununla belə, təhlilçilər son zamanlar müşahidə olunmuş iqtisadi artıma Rumıniyanın islahatlar yolunda daha qətiyyətlə addımladığına işarə kimi baxırlar. Bu gün Rumıniyada küçədə növbələrdə dayanmış adamlardan tutmuş, ölkənin iqtisadiyyat naziri Adrian Nastaseyə qədər hamı ölkədə iqtisadi islahatlardan danışır. Rumıniyanın iqtisadiyyat naziri Adrian Nastase: “İnflasiya səviyyəsi bu il 18 faizə qədər enmişdir. Biz ümid edirik ki, gələn il inflasiya səviyyəsi 13 faizə enəcək. Bir neçə ildir Beynəlxalq Valyuta Fondu və Avropa Birliyi ilə islahatların həyata keçirilməsi istiqamətində iş aparmağımızın nəticəsində 2004-cü ildə inflasiya səviyyəsi bir rəqəmli ədədlə ifadə olunacaq.”

Bu, Rumıniyada keçən il inflasiya səviyyəsinin 34 faiz olduğunu nəzərə aldıqda, həqiqətən də böyük göstəricidir. İslahatlar yolunda sə’ylərin əsas hissəsi ölkədə özəlləşdirmə prosesi ilə əlaqədardır. Rumıniyanın rəsmi nümayəndələrinin bildirdiyinə görə, dövlətə məxsus kiçik və orta müəssisələrin çox böyük hissəsi özəlləşdirilmişdir. İndi ölkədə özəl sektor iqtisadiyyatın 70 faizini təşkil edir. Lakin tənqidçilərin fikrincə, özəl sektor inkişaf etməyərək qalır və özəlləşdirmə prosesi bütünlükdə ləng gedir. Dövlət sektoru kommunal xidmətlər və istehsal sahələrində böyük rol oynayır. Bə’zi təhlilçilər hesab edir ki, kommunal xidmətlər üçün qiymətlərin artması dövlət monopoliyalarına özəlləşdirməyə müqavimət göstərdikləri halda, qeyri-effektiv tədbirlər həyata keçirməyə imkan verir. İslahatların yolunda əsas hədəflərdən biri banklardır. Rumıniyanın keçmiş maliyyə naziri Daniyel Daynu bu sahədə müəyyən inkişafın olduğunu söyləyir. “Burada çox yaxşı cəhətləri göstərmək olar. Bir sıra maliyyə fəlakətləri və qalmaqallardan sonra bank sistemində qayda-qanun yaradıldı. Mərkəzi Bankın böyük ehtiyatları var. İndi bu, çox əsaslı bir bankdır.”

Lakin butün bunlara baxmayaraq, Rumıniya əhalisinin böyük hissəsi olduqca ağır həyat şəratidində yaşayır. Orta əmək haqqı 100 dollara çatır və rumınların çoxu maliyyə problemlərinin mövcud olduğunu söyləyirlər. “Mən ayda 100 dollar maaş alıram. Bə’zən Makdonaldsa gedib 3 dollara nəsə alıb yeyirəm. Amma əgər mən hər gün burada yesəm, deməli, bir aylıq maaşım gedəcək. Bu da mümkü deyil, çünki mən özümə kitab almalıyam. Mənə geyim lazımdır. Rumıniyada isə maaş qalmır. Ümumiyyətlə iqtisadiyyat yoxdur.” “Fikrimcə, çox çətindir. Valideynlərimin gəlirləri aşağıdır. Yaşamaq çox çətindir, mənə elə gəlir ki, hamı üçün.” “Maaşları, adamların gəlirlərini götürsək, maşın, benzin, bunlara pul çatmır. Ya da ev kirəsi, məsələn, çox adam aldığı maaşla ev kirə edə bilmir, çünki pul çatmır.” Bunları gənc rumınlar deyir.

İctimai rə’y sorğuları göstərir ki, yoxsulluq rumınların narahatlığına səbəb əsas problemdir. Təhlilçi və siyasi elmlər professoru Stelian Tanase bunu acınacaqlı hal adlandırır. “Bir neçə gün bundan əvvəl keçirilmiş rə’y sorğusu zamanı yoxsulluq haqda danışarkən adamların 45 faizi Çauşesku dövründə daha yaxşı yaşadığını demişdir Bunları eşidəndə adam çox narahat olur.”

Rumıniyada bir çoxları keçid dövrünün uğurlu olub-olmaması üzərində düşünürlər. Təhliçilər hesab edir ki, hökumət istədyi halda belə, adamlara hələ çox az kömək edə bilir. Keçid dövrünün ən çətin sahələrindən biri olan iqtisadi sahədə görüləsi işlər hələ çoxdur.

XS
SM
MD
LG