Accessibility links

Prezident Buş yeni iqtisadi hey'ət yaradır - 2003-01-20


Prezident Buş maliyyə naziri Pol O’Nil və Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri Lari Lindsleyi iste’faya göndərərək kabinetində ilk ən mühüm dəyişiklik etdi. Vaqşintonda təhlilçilər bunu Corc Buşun 2004-cü ildə prezident seçki kampaniyasına hazırlıq üçün yeni iqtisadi hey’ətə ehtiyacı olduğu ilə izah edirlər.

67 yaşlı sənayeçi Pol O’Nil Maliyyə naziri vəzifəsinə vitse prezident Dik Çeyni tərəfindən seçilmişdi. 2001-ci ilin yanvarından vəzifə başına keçən O’Nilin kobud davranışı onun Senatın nüfuzlu nümayəndələrilə münasibətlərində problemlər yaratmışdı. Maliyyə siyasətinin qurulması məsələsinə çox zaman əhəmiyyət verməməsi isə Pol O’Nilin respublikaçı inverstorlar arasında nüfuzdan düşməsinə səbəb olmuşdu. Biznesmenlərlə görüşlərin birində Pol O’Nil qeyd etmişdi ki, prezidentin hər şeyə görə məs’uliyyət daşıdığı bir komandada aparıcı rollardan birini oynamaq çox böyük əhəmiyyət daşıyır. “Siz bilirsiniz ki, hökumətdə müxtəlif vəzifələr var. Mən heç vaxt ən vacib qərarlar çıxarmağa görə kimin məs’uliyyət daşıdığı məsələsində yanlışlığa yol verməmişəm. Bu şəxs ən’ənəyə və konstitusiyaya görə Birləşmiş Ştatların prezidentidir.”

Prezident maliyyə naziri ilə yanaşı, Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri, keçən il Konqres tərəfindən təsdiq olunmuş böyük vergi ixsarı proqramının me’marı Larri Lindslini də iste’faya göndərdi. Siyasi təhlilçilər hedsab edirlər ki, Pol O’Nil və Larri Lindsli iqtisadiyyatın zəifləməsi və aksiya bazarında sələm faizlərinin uzun müddətdir aşağı səviyyədə qalmasının səbəbkarları kimi iste’faya göndərilmişlər. Vaşinqtonda Çarlz Şvab broker şirkətindən təhlilçi Qreq Lavaliyerin fikrincə, prezidentin yaxın məsləhətçiləri 2004-cü il seçki kampaniyası üçün hazırlıq kimi, iqtisadçılardan ibarət yeni komandaya ehtiyac olduğunu söyləmişlər. “Məsləhətçilər prezident Buşun xarici siyasət məsələlərinə daha çox diqqət verib, iqtisadi sahədə büdrəməklə atasının taleyini bölüşə biləcəyindən narahat olublar. Buna görə də mən düşünürəm ki, onlar dəyişikliklər edilməsi vaxtının gəlib çatdığını hiss ediblər.”

Yeni iqtiasdi hey’ətin bu yaxın günlərdə seçiləcəyi gözlənilir. Təhlilçilərin fikrincə, iqtisadçılardan ibarət yeni qrup vergilərin ixtisarı məsələsində əsas diqqətini büdcə defisitinin aradan qaldırılmasına yönəldən Pol O’Nildən daha böyük təşəbbüskarlıq göstərəcəklər.

XS
SM
MD
LG