Accessibility links

İran körfəzinə 37 000 əsgərdən ibarət əlavə qüvvə yerləşdiriləcək - 2003-01-21


Birləşmiş Ştatlar İraqa qarşı mümkün hərbi əməliyyatlarına hazırlıq məqsədi ilə İran körfəzinə 37 min əsgərdən ibarət əlavə qüvvə göndərilməsinə göstəriş verib. Müdafiə nazirlyinin bildirdiyinə görə ağır silahlanmış hərbi qüvvə ilə Amerikanın körfəzdəki qüvvələrinin sayı 100 minə çatacaq. İndiyədək ən çox qüvvə yerləşdirilən ölkə Küveytddir. Türkiyə 10 minlərlə əsgərin Türkiyədə yerləşdirilməsi ilə bağlı Amerikanın tələbini nəzərdən keçirir. Amerika qüvvələrinin səfərbərliyi Britaniyanın öz qüvvələrini körfəz regionuna yerləşdiricəyini e’lan etməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG