Accessibility links

Şimali Koreya sanksiyalarla üzləşə bilər - 2003-01-22


Birləşmiş Ştatların silahlara nəzarət eksperti Con Bolton Şimali Koreyanın nüvə proqramı məsələsinin yaxın zamanda BMT-nin Təhlükəsizlik Şurası qarşına çıxarılacağını demişdir. Amerikanın dövlət katibinin müavini cənab Bolton bu gün Seulda müxbirlərə Şuranın 5 daimi üzvünün bunun əleyhinə çxış edəcəyini gözləmədiyini bildirmişdir. Qeyd edək ki, məsələ Təhlükəszlik Şurasında qaldırılarsa, Şimali Koreya iqtisadi sanksiyalarla üzləşə bilər. Pxenyan isə sanksiyaları müharibə e’lanı kimi qəbul edəcəyini bildirir.

XS
SM
MD
LG