Accessibility links

Müharibə əleyhdarları İraqa gedir - 2003-01-23


Britaniyanın Amerikanın başçılığı ilə İraqa qarşı hərbi əməliyyatların əleyhinə olanlar “canlı qalxan” kimi iştirak etmək üçün İraqa yola düşürlər. İlk 50 könüllü şənbə günü Londonun Siti Holundan iki ikimərtəbəli avtobusla yola düşürlər. Onların iki həftə sürəcək səfərləri zamanı daha artıq könüllünün “canlı qalxan” əməliyyatına qoşulacağı gözlənilir. Könüllülər xəstəxanalar, su obyektləri və digər yerlərdə düşərgə salmağı planlaşdırmışlar. Yola çıxmazdan əvvəl bir neçə könüllü baş nazir Toni Bleyerin yaşadığı yerə gedib, pasportlarının surəti və İraqda yerləşəcəkləri yerlərin ünvanını qoymuşlar.Hələ ki, Toni Bleyer ofisi Douning küçəsi 10 nömrəli ünvanında olanlara heç bir cavab verməmişdir. Britaniyanın hökumət nümayəndələri Amerika və Britaniyanın hərbi qüvvələrinin İran körfəzinə yerləşdirilməsinə baxmayaraq, İraqa qarşı müharibə planına malik olmadıqlarını iddia edirlər. Son rə’y sorğuları Britaniya ictimaiyyətində anti-müharibə əhval ruhiyyəsinin artdığını nümayiş etdirir. Lakin əhalinin bir hissəsi BMT-nin Təhlükəszlik Şurası səs verərsə, müharibəni dəstəkləyə bilər.

XS
SM
MD
LG