Accessibility links

ABŞ Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmağa hazırdır - 2003-01-26


Birləşmiş Ştatların dövlət katibi Kolin Pouel bildirib ki, Pxenyan nüvə proqramlarına son qoysa, Vaşinqton Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmağa hazırdır. Davosda Dünya İqtisadi Forumunda müxbirlərin suallarına cavab verən cənab Pouel Buş administrasiyasının Birləşmiş Ştatların Şimali Koreyaya hücum etmək planı olmaması məsələsinə aydınlıq gətirməyə hazır olduğunu deyib. Bu arada, Vyanada Beynəlxalq Atom Enerji agentliyi Cənubi Koreyanın Şimali Koreyada vəziyyətlə bağlı fövqəl’adə görüşün tə’xirə salınması xahişinə razı olduğunu bildirib.

XS
SM
MD
LG