Accessibility links

BMT-nin müfəttişləri İraqla bağlı hesabatı açıqladılar - 2003-01-27


BMT-nin silahlar üzrə baş müfəttişi Hans Blik bildirib ki, İraq belə görünür, təşkilatın tərksilah tələblərini tam yerinə yetirmir. BMT-nin müfəttişər həy’ətinin başçıları İraqda qadağan olunmuş silahların axtarışı ilə bağlı səbirsizliklə gözlənilən hesabatı bu gün Təhlükəsizlik Şurasına təqdim ediblər. Hans Bliksin bildirdiyinə görə, İraq obyektləri yoxlamağa imkan verir, lakin “qapıları kifayət qədər açmır.” Baş müfəttiş bildirir ki, minlərlə kimyəvi silah başlığının, qara yara və digər bioloji silah anbarlarının harada olması kimi əsas məsələlər hələlik həll olmamış qalır. Birləşmiş Ştatların BMT-dəki nümayəndəsi Con Neqropontenin dediyinə görə, bugünkü hesabat İraqın BMT-nin tərksilahla bağlı qətnamələrini yerinə yetirəcəyi haqda Amerikaya heç bir ümid vermir.

XS
SM
MD
LG