Accessibility links

Prezident Buşun hesabat məruzəsində İraq məsələsi əsas yer alacaq - 2003-01-27


Prezident Buş çərşənbə axşamı günü Konqres qarşısında illik hesabat mə’ruzə ilə çıxışına son hazırlıqları görür. Prezidentin müşavirləri burada əsas diqqətin İraq və Birləşmiş Ştatlar iqtisadiyyatına yönələcəyini bildirirlər. Ağ Evin nümayəndəsi Den Barlet deyib ki, xalqa müraciətində cənab Buş Körfəz regionunda böhranın diplomatik həllinin son mərhələyə çatdığını və müharibə ehtimalının artdığını vurğulayacaq. Son rə’y sorğularının göstərdiyinə görə, Amerikalıların çoxu Birləşmiş Ştatların müttəfiqlər və beynəlxalq ictimiayyətin dəstəyi olmadan İraqa qarşı hücum həyata keçirməsini istəmir.

XS
SM
MD
LG