Accessibility links

Rusiya Iraqla bağlı daha kəskin mövqedən çıxış edə bilər - 2003-01-28


Prezident Vladimir Putin deyib ki, Bağdad BMT-nin silah müfəttişlərilə əməkdaşlıq etməsə, Rusiya İraq məsələsində kəskin mövqe tuta bilər. Kiyev universteitində çıxış edən Vladimir Putin qeyd edib ki, İraqın müəttişlərin işini çətinləşdirməsi Rusiyanın Birləşmiş Ştatlara qoşularaq BMT-nin Təhlükəsizlik Şurasının məsələ ilə bağlı daha ciddi tədbirlər həyata keçirməsinə çalışa bilməsilnə gətirib çıxara bilər. Rusiya prezidenti əlavə edib ki, belə aksiyalar Təhlükəsizili Şurasında ələqələndirilir. Britaniyanın xarici işlər naziri Cek Strou İraqın BMT-nin tərksilah tələblərini pozduğunu söyləyib. Parisdə isə Fransanın xarici işlər naziri Dominik de Villepin Birləşmiş Ştatları BMT-nin Təhlükəsizlik Şurası çəçivəsində birgə işləməyə çağırıb və Fransanın məsələ ilə bağlı birtərəfli qaydada hərəkət etməyin əleyhinə olduğunu deyib.

XS
SM
MD
LG