Accessibility links

İsraildə seçkilər keçirilib - 2003-01-29


İsraildə dünən keçirilən seçkilərdə qələbə çalan Ariel Şaron milli birlik hökumətinin təşkilinə çalışır. O, seçkilərin nəticələrini İsrail xalqının qələbəsi kimi dəyərləndirib. Cənab Şaron müxalifət partiyalarını geniş koalisiya hökumətində iştirak etməyə çağırıb. Son məlumatlara görə Likut partiyası parlamentdəki 120 yerdən 37-sini əldə edib. Seçkilər nəticəsində parlamentdə Əmək Partiyası 19 yer, dünyəvi partiya olan Şinui isə 15 yer qazanıb. Fələstinlilərin baş müzakirəçisi Saeb Erekat deyib ki, Ariel Şaronun seçkilərdəki qələbəsi Yaxın Şərq sülh prosesini ləngidəcək və zorakılıq hərəkətlərini daha da şiddətləndirəcək.

XS
SM
MD
LG