Accessibility links

Kolumbiya Fəza Gəmisi Qəzaya Uğrayıb - 2003-02-01


Fəza gəmisi Şatılın heyyətinə altı Amerikalı və bir İsrailli astronavt daxil idi. İlan Ramon İsrail Hərbi Hava Qüvvələrinin polkovniki idi və onun atası Yəhudi Soyqırımından xilas olmuş bir şəxs idi. O İsrailin ən təcrübəli pilotlarından biri idi. 1980-ci ildə İsrail təyyarələrinin İraqın nüvə rektorunu bombalaması əməliyyatında onun da iştirak etdiyi bildirilir. Polkovnik Ramon 1997-ci ildən bəri fəza gəmisi ilə uçmaq üçün təlimdən keçirdi. 48 Yaşlı Polkovnik Ramon ailəli idi və onun dörd uşağı vardı.

ABŞ hərbi güvvələrinin polkovniki Rick Husbandın 45 yaşı vardı və o keçmiş sınaq pilotu idi. O 94-cü ildə NASA-nın fəza proqramına qoşulmuşdu. O bu Şatıl səfərinin komandiri idi. Şatılın pilotu Keçmiş sınaq pilotu, Hərbi Dəniz Qüvvələri Komandiri William McCool birinci dəfədirki Şatılla uçmuşdu. 41 yaşlı Cənab McCoolun üç oğlu vardı. O 96-cı ildən NASA-nın fəza proqramına qoşulmuşdu. Uçuş mühəndisi Kalpana Chawla, Hindisdanda anadan olmuş bir qadın idi. O aviyasiya mühəndisi və fəzada 4000 saat keçirən, Şatıldakı ən təcrübəli astronavt idi. Şatıldakı digər qadın astronavt Hərbi Dəniz Qüvvələrinin uçuş cərrahı Laurel Clark idi. Bu NASA-ya 96-cı ildə qoşulan Xanım Clarkın ilk fəza səfəri idi. Onun səqqiz yaşlı bir oğlu var. Şatılın heyyetinin digər üzvləri isə ABŞ Hərbi Hava Qüvvələrinin mənsubu Leytenant Polkovnik Michael Anderson və Hərbi Dəniz Qüvvələrinin Kapitanı David Brovn idi.

XS
SM
MD
LG