Accessibility links

Ərdoğan: Türkiyə İraqla müharibəyə qoşulmalıdır - 2003-02-04


Türkiyənin hakimiyyətdə olan “Ədalət və İnkişaf“ partiyasının lideri deyib ki, Türkiyə Birləşmiş Ştatların başçılığı ilə İraqa qarşı müharbiədə iştirak etməməsi ölkənin maraqlarına zərər vura bilər. Rəcəp Tayyib Ərdoğan bu bəyanatı bu gün başçılıq etdiyi “Ədalət və İnkişaf” partiyasıanın üzvləri qarşısında çıxışında verib. Cənab Ərdəğan deyib ki, Türkiyənin müharbiədən sonrakı İraqın gələcəyi məsələsinə müdaxilə edə bilməməsi ölkənin maraqları və hətta onun təhlükəsiliziyini təhlükə altına qoya bilər. Türkiyə parlamenti Birləşmiş Ştatların hərbi qüvvələrinə İraqın şimalına Türkiyə ərazisindən müdaxilə etməyə imkan verilib-verilməməsi məsələsini nəzərdən keçirməlidir.

XS
SM
MD
LG