Accessibility links

Buş Şimali Koreya ilə bağlı böhranın həllində Çindən kömək istəyib - 2003-02-07


Prezident Buş Şimali Koreya ilə bağlı nüvə böhranının həll edilməsi üçün bütün variantların müzakirə masası üzərində olduğunu və məsələnin sülh yolu ilə həll olunacağına inandığını bildirib. Müxbirlərin suallarına cavab verən Birləşmiş Ştatlar prezidentinin bildrdiyinə görə, o, Şimali Koreyanın lideri Kim Yonq İli diplomatik yollarla onun ölkəsi nüvə proqramlarını inkişaf etdirməyə davam etdiyi halda, tamamilə təcrid olunacağına inandırmağa hazırdır. Prezident Buş habelə deyib ki, bu gün səhər Çin prezidenti Jenq Zeminlə telefon söhbətində o, məsələnin həllində Çindən kömək istəyib. Şimali Koreya isə bu gün yenə xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar Şərqi Asiyada hərbi qüvvələrinin sayını Pxenyanın təşkil etdiyi təhlükəni dərk etdiyinə görə artırır.

XS
SM
MD
LG