Accessibility links

Hans Blix İraqın əməkdaşlıq edəcəyinə ümidvardır - 2003-02-10


Birləşmiş Millətlər Təşkilatının iki baş silah müfəttişi bildirib ki, onlar İraqın yoxlamalar barədə daha ətraflı əməkdaşlıq aparacağını gözləyirlər. Onlar Bağdadda İraq rəsmiləri ilə iki gün davam edən müzakirələrini başa çatdırıblar və bu həftə BMT- Təhkükəsizlik Şurasına daha bir hesabat təqdim etməyə hazırlaşırlar.

BMT-nin baş silah müfəttişi Hans Blix və Beynəlxalq Atom Enerjisi Agentliyinin Sədri Məhəmməd ƏlBaradei qadağan olunmuş silahların axdarılmasında İraqın əməkdaşlığına nail olmaqda bir qədər tərəqqi əldə ediblər. Cənab ƏlBaradei deyib ki, o əsaslı üç məsələdə İraqın mövqəinin dəyişdiyinə inanır. O deyib :Tam təftiş, İraqın tam əməkdaşlığı qalan tərksilah olma məsələlərinin həlli. Mən belə fikirləşirəm ki, biz bütün bu sahələrdə mühüm tərəqqi əldə etmişik. Mən deyəbilərəm ki, İraqın mövqəində dəyişikliyin başladığını görürəm. Bizim müşahidəmizə görə onlar qalan məsələlərin həllinə səy göstərirlər.

Cənab Blix deyib ki, İraq qarayara, V-X əsəb qazı və raketlərin inkişaf etdirilməsi məsələləri barədə sənədləri təhvil verib. Həmin sənədlərin analizi isə bir neçə gün vaxt aparacaq. Baş Silah müfəttişi söyləyib ki, İraq itən sənədlərin axdarılması üçün komissiya təşkil edilməsinə də razılıq verib. O bunu da qeyd edib ki, İraq rəsmiləri Almaniya və Rusiya istehsalı təyyarələrin yoxlamalara kömək üçün İraq səmalarında uçmalarına etiraz etmirlər. Onlar kütləvi qırğın silahlarının axdarışında müfəttişlərin U-2 casus təyyarələrindən istifadə etmələrinə icazə vermək barədəki mövqəilərini isə cümə günündən əvvəl müfəttişlərə bildirəcəklər. Hans Blix söyləyib ki, o ümid edir ki, İndi İraq tərksilah olması barədə BMT-nin tələblərinə əməl edəcək. İraq prezidentinin elmi müşaviri Əmir Əl-Saadi isə bildirib ki, İraq BMT-nin bütün tələblərini yerinə yetirir və o sağlam düşüncənin üstün gələcəyini ümid edir.

Cənab ƏlBaradei isə deyib ki, yaxşı inkişaflar olduğu bildirildiyi təqdirdə o Təhlükəsizlik Şurasının müfəttişlərə əlavə vaxt verəcəyinə inanır. Cənab Blixin cümə günü Təhlükəsizlik Şurasına iraqın silahların yoxlanılması ilə bağlı əməkdaşlıqı haqqında hesabat təqdim etməsi gözlənilir. Bu arada İraqda fəaliyyət göstərən silah müfəttişləri dünən bir hərbi sursat anbarında 122 milimetrlik boş bir kimyəvi silah başlığı tapmışlar. Müfəttişlər bir ay ərzində bunun kimi 17 silah başlığı müəyyən etmişlərdi. Onların heç birində kimyəvi silah tapılmayıb.

XS
SM
MD
LG