Accessibility links

Amerika İranın nüvə proqramlarından narahatdır - 2003-02-11


Birləşmiş Ştatların Dövlət Departamenti İranın nüvə proqramlarından narahatlığını ifadə edərək bildirib ki, bu, əslində, nüvə silahları istehsalının başlanğıcı deməkdir. Mətbuat katibi Riçard Bauçer deyib ki, İranın özünün uran əldə etmək imkanına malik olması ölkənin nüvə proqramlarının dinc mahiyyət daşıdığı barədə suallar qaldırır. Bazar günü prezident Məhəmməd Xatəmi İranda yeni kəşf edilmiş mə’dəndən uran çıxarıldığını və ondan nüvə yanacağı kimi istifadə ediləcəyini bəyan etmişdi. Mətbuat katibi Riçard Bauçerin bildirdiyinə görə, belə bir addımın atlıması yalnız nüvə silahları proqramları kontekstində başa düşülə bilər.

XS
SM
MD
LG