Accessibility links

NATO Türkiyəyə yardım barədə razılığa yaxınlaşıb - 2003-02-15


NATO-ya üzv ölkələrin, İraqla müharibə baş verdiyi təqdirdəTürkiyənin müdafiyəsi üçün görüləcək tədbirlər haqda bazarertəsi və ya çərşənbəaxşamı günü bir razılığa gələcəkləri bildirilir. NATO-nun Brüsseldəki qərərqahında adı bildirilməyən bir diplomat bu barədə məlumat vermişdir. Bazarertəsi günündən bəri Almaniya, Fransa və Belçika NATONUN Türkiyənin müdafiyəsi üçün hərbi hazırlıqlara başlaması barədə Birləşmiş Ştatların verdiyi təklifin qəbul edilməsinə manə olurlar. Bu üç ölkə bildirib ki, belə bir planın hazırlanması İraqa qarşı Birləşmiş Ştatların rəhbərliyində həyata keçirilməsi nəzərdə tutulan hərbi əməliyyatların təstiq edildiyi mənasına gələ bilər bu isə məsələnin diplomatik yollarla həll edilməsi fəaliyyətlərinə zərər verə bilər. Türkiyə bildirib ki, Alyansın Xartiyasına görə üzv ölkələrdən biri hədə qarşısında olsa digər üzvlər ona yardım etməlidirlər. Bu 19 üzvü olan NATO Alyansının 54 illik tarixində üz üzə qaldığı ən mühüm böhranlardan biridir.

XS
SM
MD
LG