Accessibility links

Kolumbiya şatl kosmik proqramları davam etdirilməlidirmi - 2003-02-16


Bu ayın əvvəli Kolumbiya kosmik gəmisinin qəzaya uğraması istər mütəxəssilər, istərsə də adi adamlar arasında şatl proqramlarının davam etdirilib-etdirilməməsi ilə bağlı mübahisələrə səbəb oldu. Bə’zilərinin fikrincə, insanın kosmik fəzada işləyib yerə qayıtmasının tam təhlükəsizliyi tə’min olunmaya qədər insanlar əvəzinə robotlar bu proqramları yerinə yetirə bilərlər. Lakin alimlərin və Amerika astronaftlarının çoxu hesab edir ki, kosmik fəzada aparılan təcrübələrin nəticələri bir zaman yer kürəsində yaşayan adamlara elə fayda gətirə bilər ki, bu gün bu proqramlardan qətiyyən imtina etmək olmaz. NASA şatl kosmik proqramları üzərində işləməyə başlayanda, burada əsas məqsəd iqtisadi baxımdan, daha az başa gələ bilən və adi raketlərdən daha artıq təkmilləşdirilmiş bir raket istehsal etməkdən ibarət idi. Şatl proqramı layihəsi 1972-ci ildə təsdiq edilmişdi, Kolumbiya kosmik gəmisinin ilk uçuşu isə 1981-ci ildə həyata keçirilmişdi. Dünya o zaman kosmik gəmi səmaya qalxarkən insanın dahi zəkasının təntənəsinə tamaşa etdi. Lakin 1986-cı ildə faciə baş verdi. Kolumbiya kosmik gəmisi səmaya qalxandan bir neçə saniyə sonra qəzaya uğradı. Merilend universitetində aero-kosmik mühəndislik sahəsində mütəxəssis, Kennedi kosmik mərkəzində çalışan professor Deyvid Aykenin fiikrincə, o zaman kosmik gəmidən bir neçə dəfə istifadə olunması amilinin bütün tərəfləri nəzərə alınmamışdı.

“Əslində, ilk model 5 dəfə orbitin ətrafında dövrə vurduqdan sonra 10 il ərzində 500 missiyanı yerinə yetirməliydi. Orbitə isə hər iki həftədən bir çıxılmalıydı. Əsas fikir də ondan ibarət idi ki, iki həftə ərzində beş gün və gündə iki dəfə işləmə prinsinə əsasən, gəmi enərkən 160 saatlıq iş görüləcəkdi və yenidən uçuşu yerinə yetirmək üçün eyni qurğudan istifadə oluna biləcəkdi. Amma indi belə çıxır ki, yenidən qayıtmaq üçün yüz altmış saat deyil, bəlkə də üç min saatdan daha artıq vaxt lazımdır.”

Bu vaxtın əsas hissəsi kosmik gəminin aşağı hissəsində yer atmosferinə daxil olarkən yüksək dərəcədə istiliyə davam gətirə bilmək üçün hazırlanan 34 min kirəmit hissəsinin tə’mirinə gedir. Həmin hissəsləri tə’mir etmək və digər işləri görmək üçün altı aydan səkiz aya qədər vaxt lazım olur. NASA isə bunun iki həftədən artıq çəkməyəcəyinə ümid edirdi. Kolumbiyanın qəzasından əvvəl astronaftlar əsasən, çəkisizliyin bütün tə’sirlərini öyrənmək üçün 16 gün təcrübələrdə iştirak edirdilər. NASA-nın Keyp Kanaveral uçuş mərkəzinin nümayəndəsi Corc Dillerin dediyi kimi, bunun əsas məqsədi insanın Marsa göndərilə bilməsini müəyyən etmək üçün tədqiqatların aparılması idi. Onun fikrincə, tədqiqatların nəticələrinin bir vaxt yerdə bizə faydası olacaq.

“Biz müəyyən edə bildik ki, fəzada baş verən proseslər, yə’ni yeni dərmanlar, kopyuter hissələri və yeni tipli metalların hazırlanmasına biz biz çəkisizlik şəratində nail ola bilərik. Bütün bunlar burada yerdə yeni məhsulların hazırlanması sahəsində bizə əlavə fayda verə bilərlər.”

Cazibə qüvvəsinin olmadığı şəraitdə canlıların yaşaması və əşyaların dəyişməsi sahəsində təcrübələr uzun müddətdir aparılır. Məsələn, çəkisizlik osteoporoz xəstəliyi, yə’ni sümüklərdə deformasiyanın əmələ gəlməsini öyrənmək üçün ən münasib şərait hesab edilir. Çünki fəzada kosmonaftların sümüklərinə ağırlıq adi şəriatidə olduğundan daha az düşür. Amma bu gün çəkisizliyin öyrənilməsi sahəsində əldə olunmuş nailiyyətlər bundan qat-qat artıqdır. 1997-ci ildə Kolumbiya kosmik gəmisində aparıcı elmi mütəxəssis olmuş astronaft Rocer Krouçun uçuş zamanı apardığı tədqiqatlarla fevralın əvvəli qəzaya uğramış gəminin hey’ətinin proqramı arasında bir oxşarlıq var idi. Rocer Krouç fəzada genlərin öyrənilməsi ilə məşğul olurdu.

“Ən maraqlısı odur ki, canlı nə varsa, fəzada dəyişir. Biz böyrək hüceyrələri üzərində tədqiqatlar aparırdıq. Orada on minlərlə gen vardı və bu on min gendən min altı yüzü fəzada yerdə olduğundan tamamilə fərqli xüsusiyyətlər nümayiş etdirirdi.”

Alim və Kolumbiya kosmik gəmisinin keçmiş astonaftı olmuş Rocer Krouç qəti əmindir ki, şatl proqramları və fəzada aparılan tədiqaqatlar davam etdirilməlidir. Amma bir sual qalır. Şatlın bu gün istifadə edilən ilkin modelinin 2015, hətta 2020-ci ilə qədər istifadədə olacağı deyilir. Mütəxxəssilər hesab edir ki, gəminin çəkisinin həddindən artıq ağır olması uçuşlar zamanı təhlükələlərin yaranması ehtimalını artırır. Mühəndislərin fikrincə, gələcəyin şatlı həcmcə daha kiçik, ekipajı bir neçə nəfərdən ibarət olmaldılır. Orbitə daha böyük peklərin çıxarılması işini isə pilotsuz idarə olunan gəmilər yerinə yetirməlidir. Daha kiçik kosmik gəmi? NASA həqitətən də, gələcəkdə daha yüngül dizayn əsasında hazırlanmış şatl gəmisi haqda düşündüyünü e’tiraf edir.

XS
SM
MD
LG