Accessibility links

Özbek Jurnalist həbsə məhkub edilib - 2003-02-19


Daşkənd məhkəməsi 24 yaşlı jurnalist Qeyrət Mexboliyevi 7 il həbs cəzasına məhkum edib. Özbəkistanda azad mətbuatın müdafiəçiləri jurnalistin məhkəməsinin hökumətin müxalifəti susdurmaq kampaniyasının bir hissəsi olduğunu bildiriblər. Qeyrət Mexboliyev konstitusiyaya zidd fəaliyyət, kütləvi ixtişaşlar təşkil etmək və qadağan olunmuş Hizbut-Təhrir təkilatına üzv olmaqda ittiham edilirdi. Jurnalist keçən ilin iyul ayında Daşkənddə etiraz nümayişi zamanı həbs edilmişdir. Assoşieyted Press agentliyi bu yaxınlarda buraxılmış Özbəkistanın azad jurnalistlər birliyinin prezidentinin sözlərinə əsasən bildirib ki, bugünkü hökm hökumətin söz azadlığını məhdudlaşdırmaq cəhdlərinin artırması barədə xəbərdalıq kimi qiymətlənidirilə bilər.

XS
SM
MD
LG