Accessibility links

İraq müxalifətinin düyüşçüləri İrandan Şimalı İraqa keçiblər - 2003-02-19


İranın dəstəklədiyi İraq müxalifət qrupuna məxsus qüvvələr İraqa qarşı hərbi əməliyyatlar başladığı təqdirdə, İraqın Şimal bölgəsini möhkəmləndirmək məqsədilə məntəqəyə daxil olub. Financial Times qəzeti bu gün yazmışdır ki, müxalifət qrupu İrandan Şimali İraqa 5 min döyüşçü və çox sayda hərbi texnika göndərib. Döyüşçülərin komandiri İraq Şiələrinin lideri Ayatullah Məhəmməd Baqir Əl Həkidir. O, 1980-ci ildən bəri İranda yaşayırdı. Qəzetin yazdığına görə, Birləşmiş Ştatlar Dövlət Departamentinin bu məlumatdan xəbəri var, lakin izahat verməkdən çəkinir.

XS
SM
MD
LG