Türkiyə hökuməti parlamentdən Amerika Birləşmiş Şıtatlarının 62 min hərbi qüvvəsi və 300 hərbi təyyarəsinin Türkiyədəki hərbi bazalardan istifadəsinə icazə verməsini tələb edib. Royter Xəbər Agentliyinin bildirdiyine görə Türkiyə parlamenti cüməaxşamı günü məsələni səsə qoya bilər. Türkiyənin Xarici İşlər Naziri Yaşar Yakış bildirib ki, məsələnin siyasi və hərbi cəhətləri barədə Amerika tərəflə prinsiptə razılıq əldə edilib. O deyib ki, çoxmilyard dollarlıq yardım paketi barədə isə danışıqlar davam edir. Türkiyə sahilləri yaxınlığında lövbər atmış gəmilərdə gözləyən on minlərlə hərbiçinin Türkiyədəki bazalara yerləşdirilməsindən əvvəl parlamentin hökumətin təklifini təstiq etməsi lazımdır.