Accessibility links

Türkiye Parlamenti ABŞ qoşunları barədə səs verməlidir - 2003-02-26


Türkiyə parlamenti İraqa mümkün hücumda iştirak edəcək 62 min nəfərlik Amerika qoşununun bu ölkədə yerləşdirilməsi barədə səsverməni təxirə salıb. Türkiyənin qanunvericiləri səsvermənin sabah keçirilə biləcəyini bildiriblər. Anadolu Xəbər Agentliyi bildirir ki, Birləşmiş Ştatların dövlət katibi Kolin Paul dünən Türkiyənin baş naziri Abdullah Gülə telefon edərək ona vaxdın azaldığını söyləyib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəccəb Təyyüb Ərdoğan isə Amerika qoşunlarının Türkiyədəki bazalarda yerləşdirilməsini təstiq etmələri üçün könülsüz qanunvericiləri razı salmağa çalışır. Ədalət və İnkişaf Partiyası parlamentdəki yerlərin hardasa üçdə ikisini əlində tutur.

XS
SM
MD
LG