Ermənistandakı beynəlxalq seçki müşahidəçiləri ötən həftə e’tiraz nümayişləri zamanı müxalif fəalların həbs edilməsindən narahatlıqlarını bildirirlər. ATƏT-in müşahidə missiyasının baçısı Peter İçer bu gün müxbirlərə bildirmişdir ki, demokratik seçkilər zamanı zorakılıq, tə’qib və təzyiqlərə yol verilməməlidir. Cənab İçer prezident seçkilərinin birinci mərhələsində müşahidəçilərin qeyd etdikləri pozuntulara görə də narahatlığını bildirmişdir.