Rusiyanın Bakıda səfərdə olan müdafiə naziri Sergey İvanov bu gün müxbirlərlə görüşü zamanı Əfqanıstanda sabitsizliyin davam etdiyini və oradakı Taleban və Əl Qaidənın qalıqlarının məhvi üçün daha artıq iş görülməli olduğunu demişdir. Cənab İvanov bildirmişdir ki, Əl Qaidə liderləri hələ sağdırlar və terror planlarını həyata keçirməyə çalışırlar. Əl Qaidə maddi yardım almağa davam edir-deyə Rusiyanın müdafiə naziri bildirmişdir. O, İraq hökumətinin terrorçuları dəstəklədiyinin hələ sübut edilməli olduğunu demişdir. Qeyd edək ki, Cənab İvanov və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev hərbi-texniki əməkdaşlıq sahəsində razılıq imzalamışlar.