Accessibility links

Aliyev Klivelənd xəstəxanasında müalicə olunur - 2003-03-03


Bu gün Klivlend xəstəxanasında prezident Heydər Əliyevin üzərində qasıq yırtığı diaqnozu ilə cərahiyyə əməliyatı aparılıb. Bu barədə xəbəri Asoşeyted Press agentliyi prezidentin mətbuat xidmətinə istinadən yayıb.

Prezident Heydər Əliyevin Klivlenddə tibbi müayinəsiistirahət günlərilə əlaqədar bu gündən başlayıb. Bu barədə Azərbaycanın ABŞ-dakısəfiri Hafiz Paşayev TURANın müxbirilə telefon söhbətində bildirib. Onun fikrincə, prezidentin müayinəsi bu həftənin sonunadək başa çatacaq və H.Əliyev Vətənə dönəcək.

Xatırladaq ki, H.Əliyevin ABŞ səfəri fevralın 24-də başlayıb. Fevralın 26-da o, Vaşinqtonda prezident və digər rəsmi şəxslərlə görüşlər keçirib. Bir gündən sonra isə Klivlendə yola düşüb.

XS
SM
MD
LG