Accessibility links

Qabaqcıl Əl Qaidə üzvü Pakistanda tutulub - 2003-03-03


Əl Qaidə teror təşkilatının liderlərindən biri Xalid Şeyx Məhəmmədin Pakistanda tutulmasına Amerika mətbuatında geniş yer verilib. Vaşington Post qəzeti yazır ki, son aylarda Əl Qaidənin digər bir qabaqcıl üzvü Rəmzi Binanlşibihin tutularaq dindirilməsi Əl Qaidə haqqında əsaslı məlumat əldə edilməsinə gətirib çıxardıb, təşkilatın liderləri bunun nəticəsində gizləndikləri yerləri tərkedərək başqa sığınacaqlar axdarmaya başlayıblar. Pakistan polisi və kəşfiyyat nümayəndələrinin bildirdiklərinə görə Şeyx məhəmməd keçən beş ay ərzində bir neçə dəfə tutulmaqdan xilas olub. Birləşmiş Ştatların rəsmiləri isə onun dindirilməsi və mənzilinin axdarılmasının Əl Qaidə haqqındda ətraflı məlumat təmin edəcəyinə inanırlar. O dünən Pakistanda bildirilməyən bir yerdə nəzarət altında saxlanırdı. Amerika kongresinin kəşfiyyat komitəsinin liderləri şeyx Məhəmmədin tutulmasının başqa Əl Qaidə liderlərinin o cümlədən Usama Bin Ladenin yerinin müəyyən edilməsinə gətirib çıxardacağını ümid edirlər. Vaşington Post yazır ki, Şeyx Məhəmmədin tutulmasından sonra Amerikanın qanunu mühafizə orqanları digər şübhəli Əl Qaidə üzvlərinin axdarılması fəaliyyətlərini genişləndirmişlər. Onlar narahatdırlar ki, həmin terrorçular tutula biləcəkləri təhlükəsini nəzərə alaraq hücum planlarını tezliklə həyata keçirməyə çalışsınlar. Onlar ayrıca şeyx məhəmədin tutulmasına rəaksiya olaraq da terrorçu əməliyyatları həyata keçirə bilərlər. Federal Təhqiqat Bürosunun terrorçuluqla mübarizə şöbəsinin nümayəndələri də bildirirlər ki, şeyx məhəmmədin tutulmasının Əl Qaidənin digər liderləri üzərində mühüm təsiri olacaq. Onlar deyirlər ki, həmin terrorçular gizlənməyə çalışa bilər və ya rəaksiya olaraq terrorçu hücumları həyata keçirə bilərlər. FBI-ın nümayəndələri bunu da qeyd edirlər ki, Şeyx məhəmədin yaşadığı mənzildə mühüm məlumatlar əldə edilə bilərdi ancaq bunun səmərəli olması üçün gərək onun həbs edilməsi bir müddət gizli tutulaydı. Onlar qeyd edirlər ki, Pakistanın təhlükəsizlik qüvvələri tutulma xəbərini tezliklə yaymışlar. Qanunu mühafizə qüvvələri Şeyx Məhəmmədin 11 sentyabr terrorçu hücumunu planlaşdıran şəxs olduğunu bildirirlər. Onun 1993-cü ildə Dünya ticarət mərkəzinə edilən hücum, bundan iki il sonra isə, nailiyyətsizliklə nəticələnmiş 11 Amerika teyyarəsinin göydə partladılması təşəbbüsü, Tunisdə 21 adamın həlak olmasına səbəb olan bir Sineqoqun bombalanması hadisələri ilə əlaqəsi olduğuna inanılır. Amerikanın rəsmi nümayəndələri deyirlər ki, Şeyx məhəmmədin Al Qaidənin Asiya, Avropa və Birləşmiş Ştatlardakı şəbəkələrinin əlaqələndirilməsində əsaslı rolu vardı. Pakistan 11 Sentyabr terrorçu hücumlarından sonra 300 şübhəli Əl Qaida üzvünü Birləşmiş Ştatlara təhvil verib. Nyu York Taysm isə yazır ki, bu keçən həftələrdə Birləşmiş ştatlarda bir terror hücumunun həyata keçirilələ biləcəyi səbəbilə təhlükəyə hazır olma dərəcəsinin artırılması Şeyx Məhəmmədin fəaliyyətlərinin bir nəticəsi idi. Birləşmiş Ştatların kəşfiyyat mütəxəssisləri belə fikirləşirlər ki, Şeyx Məhəmmədin iştirakı olmadan Al Qaidə yaxşı əlagələndirilmiş, minlərlə adamın ölümünə səbəb ola biləcək hücumları planlaşıra bilməyəcək. Şeyx Məhəmməd Qatarın Əl Cəzirə televiziyasına verdigi müsahibədə demişdi ki, dünya ticarət mərkəzinə hücumu o fikirləşib və o təşkil edib. Prezident Buş Şeyx Məhəmmədin həbs edilməsini fövqəladə hadisə adlandırıb. O hələdə tutulmamış Əl Qaidə liderlərinin bir siyahısını tutduğunu bildirib. Amerikanın kəşfiyyat mənbələri 300-dən 500-zə qədər Əl Qaidə üzvünün terror şəbəkəsində fəal rol oynadıqlarını ancaq onun düşərgələrində 20 minə qədər adamın təlimdən keçdiyini təxmin edirlər. Onlar bunu da bildirirlər ki, 2001-ci il Dekabr ayından bəri Əl Qaidə başqa terrorçu təşkilatlarla ittifaqlar təşkil edir və orta səviyyədə səlahiyyətli fəallarına müstəqil terrorçu hücumları həyata keçirməyə icazə verir.

XS
SM
MD
LG