Accessibility links

Robert Koçaryan yenidən prezident seçildi - 2003-03-06


Ermənistanın seçki nümayəndələri prezident Robert Koçaryanın seçkilərin ikinci turunda asanlıqla qələbə əldə etdiyini deyirlər. Lakin beynəlxalq müşahidəçilərin bildirdiyinə görə səsvermə zamanı ciddi pozuntulara yol verilmişdir. ATƏT və Avropa Şurasının Parlament Assambleyasının bu gün açıqladığı bəyanatda deyilir ki, müşahidəçilər seçkilər günü səsvermə qutularının əvvəlcədən doldurulğu kimi ciddi saxtakarlıqlara yol verildiyinin şahidi olmuşlar. Bu gün Yerevanda prezident Koçaryanın rəqibi Stepan Dəmirçyanın 25 minə yaxın tərəfdarı e’tiraz nümayişləri keçirmişdir. Nümayişçilər qarşısında çıxış edən Dəmirçyan məhkəməyə müraciət edəcəyi və seçkilərin nəticəsinin e’tibarsız olduğunu demişdir.

XS
SM
MD
LG