Accessibility links

İraq şiələri Tehranda yığıncaq keçirir - 2003-03-06


İraqın 250-dən artıq müxalif şiə müsəlmanları Tehranda bağlı qapılar arxasında yığıncaq keçirib, Səddam Hüseyndən sonrakı İraqda onların siyasi rolunu müzakirə edirlər. İraqda İslam İnqilabı Assambleyasının başçısı Mohsen Əl Hakim bildirmişdir ki, şiə müsəlmanlar demokratik İraqın siyasi həyatında iştirak etmək niyyətindədir. Qeyd edək ki, İraqın bir çox müxalif qrupları mövcud fikir ayrılıqlarını aradan qaldırmağa, Səddam Hüseyndən sonrakı istənilən hökumətdə birgə cəbhəni təmsil etməyə çalışırlar.

XS
SM
MD
LG