Accessibility links

Balıq ətinin xeyri haqda - 2003-03-08


Birləşmiş Ştatlarda aparılmış yeni tibbi araşdırmalar göstərir ki, hər ay bir qədər balıq əti yeməklə iflicin riskini ciddi şəkildə azaltmaq olar.

Balıq ətinin xeyirli olması yeni bir şey deyil. İllər uzunu aparılmış bir sıra araşdırmaların nəticələri göstərdi ki, tez-tez balıq əti yeyən adamlarda iflic və ürək çatışmazlığı baş verməsi faizi olduqca aşağıdır. İslandiya, ya da Yaponiyanı götürək. Bu, balıq ətindən ən çox istifadə olunan ölkələrdir. Bu ölkələrdə iflic və ürək xəstəlikləri nəticəsində ölüm faizi olduqca aşağıdır. O zaman sağlam olmaq üçün nə qədər balıq əti yeyilməlidir? Amerika Tibb Assosiasiyasının jurnalında nəşr edilmiş tədqiqatın nəticələrinə görə, iflicin baş verməsinin qarşısını almaq üçün çox az miqdarda balıq əti də kifayət edir. Harvard Universitetində ictimai səhiyyə şö’bəsindən həkim Albert Aşerio və onun həmkarları son 12 ildə 40 yaşından 75 yaşına qədər 40 min kişinin pəhrizini öyrənmişlər. Onların gəldiyi nəticə budur ki, hər ay çox az miqdarada balıq əti yeməklə iflicin qarşısını ciddi şəkildə almaq mümkündür. “Ona görə də ayda bir neçə dəfə balıq yemək elə hər gün balıq yemək kimi yaxşıdır. Ayda iki dəfə, ya da bundan bir az artıq balıq əti yeyən kişilərdə iflic olma riski yarıya qaədər azalır.”

Bu tədiqiqat da əvvəlkilər kimi göstərdi ki, balıq əti qan laxtasının səbəb olduğu ivlicin qarşısıını almağa kömək edir. Bununla belə, tədqiqatda qan kapilyarlarının partlaması nəticəsində baş vermiş beynə qan sızmasının riskinin azalması qeyd edilməyib. Balıq əti qanın durulaşmasına kömək edir və bunun nəticəsində qan damarlarda sərbəst cərəyan edə bilir. Bir sual qalır, hansı balığın əti daha xeyirlidir. Doktor Aşerio bir söz deyə bilmir. ‘Biz balığın hansısa bir xüsusi növünü götürməmişdik. Yalnız onu deyə bilərik ki, ümumiyyətlə balıq yemək ifilicin qarşısıını almaq üçün xeyirlidir.“

XS
SM
MD
LG