Accessibility links

Bağdad diplomatlarının Amerikadan çıxarılmasını pisləyib - 2003-03-09


İraq Birləşmiş Ştatların keçən həftə iki İraq diplomatını ölkədən xaric etməsini pisləmiş və digər ölkələrdən mümkün müharibə qarşısında bundan nümunə götürmə çağırışını qınamışdır. İraqın xarici işlər nazirliyinin bəyanatında Amerikanın bu addımı beynəlxalq qanunlara zidd olduğu, diplomatların heç bir qeyri-qanuni iş görmədikləri bildirilir. Vaşinqton isə İraq diplomatlarını rəsmi vəzifələri xaricində fəaliyyət göstərdikləri və bundan casusluq üçün vasitə kimi istifadə etdiklərində ittiham edərək ölkədən çıxarmışdı.

XS
SM
MD
LG