Accessibility links

Bombeydə bomba partlayışı 11 adamın ölümünə yol açıb - 2003-03-14


Dünən qatara yerləşdirilən bomba partlayışından sonra bu gün Hindistanın maliyyə paytaxtı Bombeydə təhlükəszlik tədbirləri gücləndirilmişdir. Hadisə 11 adamın ölümü, 60-nın isə yaralanması ilə nəticələnmişdi. Maharaştra ştatının paytaxtı Bombeydə dəmir yolu stansiyaları, hava limanları və digər ictimai yerlərə çoxsayda təhlükəsizlik qüvvələri yerləşdirilmişdir. Polis 14 milyon əhalisi olan şəhərin hər yerində yoxlanış postları qurmuşdur. Dehlidə isə polis taksi dayanacağı yaxınlığında aşkar edilən 6 bombanı zərərsizləşdirmişdir.Xatırladaq ki, dünənki partlayış axşam saatlarında, əhalinin işdən döndüyü vaxt həyata keçirilmişdi. Ekspertlər bombanın qadın sərnişin vaqonuna yerləşdirildiyini güman edirlər.Hücumun məs’uliyyətini üzərinə alan olmamışdır. Lakin təhqiqatçılar sərtxətt tərəfdarı islam qruplarından şübhələnirlər.

XS
SM
MD
LG