Accessibility links

Moskva Vaşinqtonun tələbini rədd etdi - 2003-03-14


Bu gün Rusiya Vaşinqtonun İraq diplomatlarının ölkədən xaric edilməsi tələbini rədd etmişdir. Qeyd edək ki, Amerika diplomatları casusluqda ittiham edir. Rusiyanın xarici işlər nazirliyinin bəyanatında Birləşmiş Ştatların tələbi qəbuledilməz adlandırılmış və Rusiyanın Amerikanın tələbi ilə casus adlandıraraq diplomatları xaric edən digər ölkələrə qoşulmayacağı bildirlir. Xatırladaq ki, bu həftə Avstarliya, Rumıniya, İsveç və Filippin Amerikanın bu tələbini qəbul, Belçika isə rədd etmişdi. Vaşinqton indiyədək İraq diplomatlarının ölkədən çıxarılması tələbi ilə 60-a yaxın ölkəyə müraciət etmişdir.

XS
SM
MD
LG