Accessibility links

Amerika xəstəxanalarında tibb bacısı çatışmazlığı problemi - 2003-03-14


Birləşmiş Ştatların sağlamlıq təşkilarları üzrə birgə komissiyasının yeni hesabatında deyilir ki, Amerika xəstəxanalarında şəfqət bacılarının çatışmazlığı problemi xəstələri risk qarşısında qoyur. Tibb bacılarının çoxu xəstəxanalarda işləyir. Bundan başqa, şəfqət bacıları tibbi müssisələr, məktəblər və təqaüdə çıxmış adamlara qulluq etmək üçün yaradılmış mərkəzlərdə çalışır, evlərdə xəstələrə qulluq etməklə məşğul olurlar. Hal-hazırda Amerika xəstəxanalarında təxminən 126 minə qədər tibb bacısı çatışmır. Gələn illər, milyonlarla yaşlı amerikalının tibbi xidmətə ehtiyacı olduğu vaxt bu rəqəmin artacağı gözlənilir. İndinin özündə kifayət qədər tibb bacısı olmadığına görə yaşlı adamlar üçün bə’zi müəssisələr yeni xəstələri götürməkdən imtina edirlər. Xəstəxanalarda isə mövcud problem ölüm hallarının artmasına, ya da ağır hallarla nəticələnən min altı yüzə qədər hadisənin baş verməsinə gətirib çıxarır. Məsələn, əməliyyatlar zamanı nəfəsalma cihazları ilə bağlı, ya da ümumiyyətlə başqa gözlənilməz problemlərin 50 faizi kifayət qədər tibb bacısının olmaması üzündən meydana çıxır. Ekspertlər tibb bacılarının çatışmazlığını bir neçə səbəblə izah edirlər. Bə’zi xəstəxanalar pula qənaət etmək məqsədilə işə daha az tibb bacısı götürür. Bə’zən təcrübəli tibb bacıları gün ərzində olduqca çox işləyərək böyük məs’uliyyət daşıyıb və stress keçirdiklərinə görə işdən gedirlər. İşdən gedən adamların sayı işə gələnlərdən daha çoxdur. Bəs problemi necə həll etmək olar? Mütəxəssislər üç təklif verirlər. Əvvəla, tibb bacılarının iş şəraiti yaxşılaşdırılmalıdır. Bundan başqa, tələbələr üçün kursların səviyyəsini yüksəltmək lazımdır və nəhayət, federal hökumətin xəstəxanalara daha çox vəsait ayırması təklif edilir.

XS
SM
MD
LG