Accessibility links

Vaşinqtonun ümidləri puça çıxır - 2003-03-15


Türkiyənin yeni baş naziri Rəcəb Teyyub Ərdoğan Amerika qüvvələrinin Türkiyəyə yerləşdirilməsi ilə bağlı ikinci səsvermənin tez bir zamanda keçiriləcəyi haqda Vaşinqtonun ümidlərini boşa çıxardı. Baş nazir vəzifəsinin ilk günü dünən cənab Ərdoğan müxbirlərə bildirmişdi ki, yeni hökumət bazar ertəsi öz proqramını müzakirə edib debatlar üçün parlamentə təqdim edəcək. Baş nazir e’timad səsverməsinin gələn həftənin axırlarında keçiriləcəyini, Amerika qüvvələrinin Türkiyəyə yerəşdirilməsi məsələsinin isə ən tezi bundan sonrakı həftə səsə qoyulacağını demişdir.

XS
SM
MD
LG