Accessibility links

Ermənistanda iki sabiq baş nazirin qardaşı həbs edilib - 2003-03-17


Ermənistanda ictimai televisiyasının direktoru Tiqran Nagdaliyanın qətlində əli olduğunda şübhələnilən Armen Sarkisyan həbs edilmişdir. Qeyd edək ki, o, prezident seçkilərinə namizədliyini irəli sürən müxalif nümayəndə, keçmiş baş nazir Aram Sarkisyanın kiçik qardaşıdır. Onun digər qardaşı 1999-cu ilin oktraybrında parlament üzvlərinə qarşı hücum zamanı qətlə yetirilən baş nazir Vazqen Sarkisyan idi. Sarkisyanın anası bu gün oğlunun həbsinə e’tiraz əlaməti olaraq prezident sarayı qarşısında oturaq aksiya keçirib.

XS
SM
MD
LG