Accessibility links

İraq prezidenti Buşun ultimatumunu rədd etmişdir - 2003-03-18


Prezident Buşun Səddam Hüseyn və oğullarının ölkəni təkr etməsi, əks təqdirdə müharibə ilə üzşləcəyi ultimatumuna İraqın dövlət televiziyası İraqın özünü hər bir müdaxilədən qoruyacağı ilə cavab vermişdir. Prezident Buşun çıxışına İraq bir neçə saat sonra öz münasibətini bildirmişdir.Prezident bu gün son planın hazırlığı məqsədi ilə Müdafiə naziri Donald Ramsfeldlə görüşmüşdür. Prezidentin çıxışından əvvəlki ictimaiyi rə’y sorğularından Amerikanın İraqa qarşı qüvvə işlətməsinin daha çox dəstəkləndiyi göstərirdi. Konqresin hər iki partiyasının nümayəndələri prezidenti müdafiə etsələr də, bə’zi demokratlar böhranın diplomatik yolla həllini kənara qoyan prezidenti kəskin tənqid etmişdlər. Prezidentin çıxışına xaricdən də müxtəlif reaksiyala götərilib. Britaniyanın baş naziri Toni Bleyer öz Əmək partiyası skeptik üzlərinin dəstəyini əldə etməyə çalışmışdır. Fransa və Almaniya ultimatumu qınayaraq bildirmişlər ki, İraqın törətdiyi hədə ilə müharibəyə bəraət qazandırmaq olmaz. Yaponiya Amerikanın müharibə mövqeyinə dətək vermiş, Avstraliya isə öz qüvvələrinin Amerikanın başçılıq etdiyi koalisiyaya qoşulmasını təklif etmişdir.

XS
SM
MD
LG