Accessibility links

Bəhreyn Səddam Hüseynə sığınacaq təklif edir. - 2003-03-19


Körfəz ölkəsi Bəhreyn hərbi əməliyyatlara başlamaq üçün qoyulmuş son möhlətə saatlar qalmış Səddam Hüseynə sıığınacaq təklif edib. Bəhreynin kralı Kral Həmad bildirib ki, əgər onun ifadəsilə desək, ləyaqət və hörmət içində yaşamaq istəyirsə, onun ölkəsi Səddam Hüseyni qəbul etməyə hazırdır. İraq liderləri artıq Birləşmiş Ştatların Səddam Hüseyn və onun oğulları Uday və Qusayın ölkəni tərk etməsilə bağlı verilmiş ultimatumu rədd ediblər. Parlament İraqın özünümüdafiəyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG