Belarusun prezidenti Aleksandr Lukaşenko Amerikanın İraqa qarşı müharibəsini İkinci Dünya müharibəsi zamanı nasistlərin müharibə cinayətləri ilə müqayisə edib. Bu gün Xatın kəndində nasistlərin həyata keçirdiyi soyqırımın 60-cıildönümü münasibəti ilə təşkil edilən mərasimdə çıxış edən prezident Lukaşenko Amerikanın İraqa qarşı təcavüzünü kəskin tənqid etmişdir. Belarus prezidenti nasistlərin törətdiyi dəhşətli əməllərin İraqdakı kampaniya ilə bənzərliyini qeyd etmişdir.