Accessibility links

Raketlərdən biri İran ərazisinə düşüb. - 2003-03-22


İranın rəsmi nümayəndələri deyirlər ki, iki raket İraqın Bəsra şəhərinin 30 km şərgində yerləşən İranın Abadan şəhərinin yaxınlığına düşüb. Assosieyted Press bildirir ki, İran dövlətinin rəsmi nümayəndələri raketin İran ərazisinə atıldığını təsdiq etmiş, lakin haradan atıldığıni dərhal aydınlaşdıra bilməmişlər.Abdanin nəft ayilma zavudnun anbarinda olan iki nəfər yaralaniblar. İranın rəsmi xəbərlər agentliyi xəbər verir ki, Birləşmiş Ştatların və Britaniyanın həyata keçirdikləri bombardman nəticəsində Abadan şəhərində evlərin pəncərələri qırılmış və sakinlər qorxudan şəhəri tərk etməli olmuşlar. 8 il İraqla muharibə aparmasına baxmayaraq İran Birləşmiş Ştatların başçılığı ilə İraqa qarşi başlanan müharibəni ədalətsiz və qeyri-qanuni sayır.

XS
SM
MD
LG