Accessibility links

İordaniya İraq diplomatlarını ölkədən çıxarıb. - 2003-03-23


Səfirliyin mətbuat nümayəndəsi deyib ki, İraqın kommersiya və mədəniyyət üzrə nümayəndələri,eləcə də konsulluq şöbəsinin 3 rəsmi nömayəndəsi Birləşmiş Ştatlar tərəfindən diplomatiya məsələsi qaldırıldıqdan sonra İordaniyadan çıxarılıb. Lakin bir gün əvvəl İordaniyanın xarici işlər naziri bildirib ki, onun hökuməti İraq diplomatlarının çıxarılması barədə Birləşmiş Ştatlardan heç bir göstəriş almayıb. O, qeyd etdi ki, İordaniya suveren dövlətdir və müstəqil qərar qəbul edir. Cümə günü Birləşmiş Ştatlar administrasiyası 60-a yaxın dövlətdən müharibədən conrakı İraq hökumətinin formalaşması məsələsi ilə əlaqədar İraq diplomatlarını ölkələrindən çıxarmağı xahiş edib. Müharibəyə qarşı olan bir neçə ərəb dövləti bu çağırışa məhəl qoymayıb. İordaniya İraqda gedən müharibə məsələsində neytral mövqedən çıxış etməyə çalışır. Lakin dövlət Amerika əsgərlərinin burada yerləşdirilməsinə icazə verib. Xarici işlər naziri bunun ancaq təhlükəsizlik mövqeyindən edildiyini bildirir. Bu arada İtaliya da Sudan səfirliyi nəzdində İraq məsələləri ilə məşğul olan İraq diplomatlarını ölkədən çıxarıb. Xarici işlər nazirliyi artıq diplomatların ölkəni tərk etdiyini bildirib.

XS
SM
MD
LG