Accessibility links

Türklər, İraq kürdləri və müharibə - 2003-03-24


Buş administrasiyasının İraqla müharibədə qarşısına qoyduğu əsas məqsədlərdən biri də ölkənin şimalında kürdlər və türklər arasında mühasibətlərin yaxşılaşdırılmasına yardım etməkdir. Koalisiya qüvvələrinin hərbi əməliyyatları davam etdiyi bir zaman Türkiyənin İraqın şimalına əsgəri qüvvə göndərdəyi haqda xəbərlər verilir. Türkiyənin hərbi əməliyyatlara müdaxilə edə bilməsi nə koalisiya qüvvələri tərəfindən, nə də İraqın şimalında nəzarəti ələ alan kürd qüvvələri tərəfindən müsbət qarşılanır. Bunun səbəbi nədir? Vaşinqtondakı Amerika universitetində Yaxın Şərq məsələləri üzrə mütəxəssis Edmund Ğərib: "Mənə elə gəlir ki, bunun bir çox səbəbi var və burada söhbət bir çox məsələdən gedir. Burada hər bir tərəfin maraqlarını nəzərə almaq lazımdır və məhz bu səbəbdən İraqın gələcəyi məsələsi bu qədər mürəkkəb görünür. Əvvəla, Türkiyə İraqın şimalında vəziyyətdən olduqca narahatdır, İranın öz maraqları var, kürdlərin, İraq hökumətinin özünün və nəhayət Amerikanın maraqlarından söhbət gedir. İndi Birləşmiş Ştatların yüksək səviyyəli nümayəndəsi Zalmay Xəlilzad Ankarada Türkiyənin rəsmi nümayəndələrilə danışıqlar aparır. Türkiyənin, əlbəttə, əsas narahtlığı İraqın şimalında kürdlərin güclənib hətta müstəqillilk əldə edə bilmələrilə və bunun da öz növbəsində, Türkiyə kürdlərinə tə’sir göstərə bilməsilə bağlıdır. Bununla yanaşı, PKK təşkilatının İraqın şimalında fəaliyyət göstərməyə davam etməsi də Türkiyədə narahatlıqla qarşılanır. Türkiyə üçün bir faktor da İraqda yaşayan türkmənlərdir. Türkiyə neftlə zəngin Kərkükdə yaşayan türkmənlərin himayəsinə çalışır. Türkiyə İraqa strateji baxımdan, olduqca mühüm bir ölkə kimi baxır və buna görə də İraqın gələcəyi məsələsində kənarda qalmaq istəmir. Kürdlərə gəldikdə, keçən on ildə onlar İraqın şimalında müttəfiqlərin himasyəsi altında iki hökumət təşkil etməklə yaxşı təcrübə əldə edə bilmişlər. İndi təbii ki, kürdlər bu imkanı əldən vermək, ya da bu himayəni itirmək, habelə keçmişin acı təcrübəsinin təkrar olmasını bir daha istəmirlər. Kürdlər 1975-ci ildə olduğu kimi, Amerikanın İranda strateji maraqlarının qurbanı olmaq istəmirlər. Kürdlər 1991-ci olduğu kimi, bu dəfə də Türkiyəyə görə qurban getmək istəmirlər. Bir sözlə, onlar Səddamın yağışından çıxıb, Türklərin yağmuruna düşməkdən qorxurlar.

SUAL: Türkiyənin bufer zonası yaratmaq və öz qüvvələrini İraqın şimalında yerləşdirmək sə’yləri çərçivəsində son inkişaflar haqda nə demək olar?

CAVAB: Hərbi qüvvələrin hərəkət etməsilə bağlı bir-birinə zidd mə’lumatlar gəlir. Baş nazir Ərdoğan bildirdi ki, Türkiyə regionda sabiltik yaratmaq üçün orada bufer zonası yaratmaq istəyir. Türkiyə hesab edir ki, orada hərbi qüvvə yerləşdirməklə təhrikçiliyə yol verilməsinin qarşısını ala bilər. Amma kürdlərin liderləri bu inkişafdan çox naratdırlar və buna qarşı çıxacaqlarını bildiriblər. Kürdlər o qədər də böyük qaçqın axınının olmayacağını söyləyirlər və deyirlər ki, əgər bufer zonası yaratmaq lazım gəlsə, Türkiyə onu öz ərazisində yaratmalıdır. Kürdlər İraq hökumətinin tərkibində təksil olunmaq istəyirlər.

SUAL: Necə hesab edirsiniz, İraq küdləri və şiələr nəyə üstünlük verirlər: vahid İraqın tərkibində olmağa, yoxsa federal hökumətdə təmsil olunmağa?

CAVAB: Kürdlər ümumiyyətlə federalizm tərəfdarıdırlar. Şiələrə gəldikdə onlar arasında federalizmə üsüntlük verənlər var. Bununla yanaşı, bə’zi müxalif qruplar etnik federalizm deyil, regional federalizm əsasında qurulmuş dövlət tərəfdarıdırlar. Vaşinqton qarşısında indi çox mühüm bir məsələ durur. Yə’ni bu ziddiyyətli münasibətlər tənzim olunmalıdır. Vaşinqton nə Türkiyə ilə, nə də kürdlərlə münasibətlərin pozulmasına, nə də bunun indi gedən müharibəyə tə’sir göstərməsinə yol vermək istəmir. Qeyd edim ki, bütün bu narahatlıqları da Avropa da bölüşür. Avropa da Türkiyənin hərbi qüvvələrinin İraqın şimalına doğru hərəkət etməsindən narahatlığı ilə bağlı narahatlığını ifadə edib.

XS
SM
MD
LG