Accessibility links

Səddam Hüseyn yenidən televiziya ekranlarına çıxıb - 2003-03-24


İraq prezidenti Səddam Hüseyn İraq televiziyası ilə çıxış edərək ölkəsinin ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qalib gələcəyinə inandığını bildirib. Bu günkü çıxışı zamanı o, İraq əsgərlərinin döyüş zamanı göstərdikləri cəsarəti alqışlayaraq, onları güclü və dəqiq cavab zərbələri endirməyə çağırıb. İraq prezidenti Bəsrə və Umm Qəsr kimi bir az əvvəl döyüş meydanı olmuş məntəqələrin adını çəkib, lakin spesifik təfərruatlar verməyib. Ağ Ev və Britaniya rəsmiləri bu yazının nə zaman lentə yazılğı ilə bağlı şübhələrini ifadə ediblər. Onlar bildiriblər ki, Səddam Hüseyn çıxışı döyüşlərdən əvvəl yazıla bilərdi. ABŞ mütəxəssisləri səsin doğrudan da Səddama mənsub olduğunu sübut etmək üçün bu yazını təhqiq edirlər.

XS
SM
MD
LG